BAKI, 31 avqust — Sputnik. Rusiya, Azərbaycan, İran və Qazaxıstan "Dəniz kuboku" müsabiqəsinin bitməsindən sonra – sentyabrın əvvəlində Xəzər dənizində hərbi-dəniz təlimləri keçirəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Xəzər donanmasının komandanının müavini, kontr-admiral Sergey Ekiov bildirib.
"Dəniz kuboku" bitdikdən sonra birgə təlimlər baş tutacaq. Birgə təlimlərdə Rusiya, İran, Qazaxıstan və Azərbaycan Hərbi Dəniz Qüvvələri iştirak edəcəklər. Bir neçə gün ərzində biz burada Xəzər dənizində birgə addımları məşq edəcəyik".
Qeyd edək ki, avqustun 29-u "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində İran İslam Respublikasının Ənzəli şəhərində keçirilən "Dəniz kuboku" müsabiqəsinin növbəti mərhələsi keçirilib.
Hərbi dənizçilər müsabiqənin "Dəniz hazırlığı" mərhələsində gəminin lövbərə və çəlləyə dayanması tapşırıqlarını yerinə yetiriblər.
Komissiyasının qərarına əsasən hakimlər bu mərhələdə Rusiya komandasını 38 xalla birinci, Qazaxıstan və İran komandalarını 36 xalla ikinci, Azərbaycan HDQ-nin komandasını isə 32 xalla üçüncü yerə layiq görülüblər.
Ümumi xal hesabına görə isə İran komandası 94 xalla müsabiqənin lideridir. Qazaxıstan komandası 85 xalla ikinci, Rusiya komandası 84 xalla üçüncü, Azərbaycan hərbi dənizçiləri isə 80 xalla dördüncü yerdə qərarlaşıblar.
Həmçinin oxuyun: