SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Lavrov erməni həmkarı ilə görüşdü

"Hərbçilərimiz, sərhədçilərimiz, erməni və azərbaycanlı həmkarlarımızla birlikdə gündəlik həll olunan məsələlər var".
Sputnik
BAKI, 31 avqust — Sputnik. Rəsmi Moskva Yerevanla bütün istiqamətlərdə ikitərəfli əlaqələrin inkişafında maraqlıdır ki, bu da hər iki ölkənin xalqlarının maraqlarına cavab verir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla görüşü zamanı bildirib.
Lavrov eyni zamanda qeyd edib ki, Rusiya və Ermənistan BMT, ATƏT və Avropa Şurasında sıx şəkildə əməkdaşlıq edirlər:
"Dünya siyasətinin müxtəlif aspektləri ilə bağlı məsləhət mexanizmlərimiz var".
Rusiyalı nazir bildirib ki, erməni həmkarı ilə Dağlıq Qarabağ nizamlanması ilə bağlı vəziyyəti də müzakirə edəcək:
"Burada bir sıra məsələlər var ki, Rusiya prezidenti və Ermənistan Baş naziri tərəfindən birbaşa müzakirə olunur. Hərbçilərimiz, sərhədçilərimiz, erməni və azərbaycanlı həmkarlarımızla birlikdə gündəlik həll olunan məsələlər var. İqtisadi və nəqliyyat kommunikasiyalarının açılması məsələləri üzrə Baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli işçi qrup mexanizmi var. Yəni, bizim çox zəngin gündəliyimiz var".
Həmçinin oxuyun:
Ermənistan indiyədək müharibədə itkin düşmüş 7 nəfərin taleyi barədə məlumat vermir