SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan-Türkiyə qarşılıqlı münasibətləri bölgənin xeyrinə olacaq - Barış Sayqın

Türkiyə və Azərbaycanın birlikdə olmağı bütün Qafqazda, o cümlədən Cənubi Qafqazda sülh, sabitlik, rifah, təhlükəsizlik, əməkdaşlıq mühitinin yaradılmasına töhfə verir.
Sputnik
BAKI, 31 avqust — Sputnik. Türkiyə-Azərbaycan əməkdaşlığı təkcə bu iki ölkə üçün deyil, bütün bölgə üçün əhəmiyyətlidir. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin birinci müavini Barış Sayqın deyib:
"Azərbaycanla Türkiyənin qarşılıqlı münasibətlərinin yalnız bu iki ölkənin deyil, bütün bölgənin xeyrinə olacağına inanırıq. Ona görə də baş verənlərə həmişə müsbət yanaşırıq. İnşallah bölgəmizə sülh və sabitliyin gəlməsini arzulayırıq. Biz Azərbaycanın tarixi ərazi bütövlüyünün, suverenliyinin tərəfdarıyıq", - deyə B.Sayqın bildirib.
Türkiyənin Azərbaycandakı fövqaladə və səlahiyyətli səıfirinin birinci müavini Barış Sayğın
O deyib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edib: "Nə Türkiyənin, nə də ki, Azərbaycanın heç kimin torpağında gözü yoxdur. İnanırıq ki, bizim birlikdə olmağımız bütün Qafqazıda, o cümlədən Cənubi Qafqazda sülh, sabitlik, rifah, təhlükəsizlik, əməkdaşlıq mühitinin yaradılmasına töhfə verir", - deyə səfir müavini bildirib.