BAKI, 29 avgust — Sputnik. Azərbaycan paralimpiyaçısı Elvin Astanov Tokio Paralimpiya oyunları çərçivəsində keçirilən kürə atma yarışlarında qızıl medala sahib olub. Sputnik Azərbaycan-ın məlumatına görə, beləliklə komandamız Tokio-2020 paralimpiya oyunlarında səkkizinci qızıl medala sahib olub.
Yarışlara yeddinci sırada başlayan idmançımız ikinci səhddən kürəni 8,48 m məsafəyə atıb. Sonrakı cəhdlərdə Elvin 8,77 m nöqtəni fəth edərək həm yarışın qalibi olub, həm də Paralmpiadanın rekordunu vurub.
Beləliklə, 42 yaşlı idmançımız ilk dəfə iştirak etdiyi Oyunlarda komandamıza səkkizinci qızıl medalı qazandrıb.
Qeyd edək ki, Azərbaycan komandası Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında yeddinci qızıl medalını qazanıb. Həmid Heydəri nizə atma növü üzrə yarışda 1-ci yeri tutub. 51.42 metr nəticə göstərən Heydəri dünya rekordunu da yeniləyib.
Komandamzın aktivində Aktivində 8 qızıl, 2 bürünc medal var.
Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında paracüdoçularımız Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), üzgüçü Raman Saleh, kürə atma ustası Elvin Astanov qızıl, pauerliftinqçi Pərvin Məmmədov və daha bir paracüdoçumuz Namiq Abbaslı isə bürünc medala sahib çıxıblar.
Həmçinin oxuyun: