CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müəllim şagirdlərini LGBT bayrağına sədaqət andı içməyə çağırdı

Kristin Pitsen adlı pedaqoq paylaşdığı videoda şagirdlərinin dərs vaxtı ABŞ bayrağına sadiqlik andı içmək üçün yerlərində qalxdıqlarını, ancaq sinifdə bayraq olmadığını deyərək onlara LGBT bayrağını göstərdiyini etiraf edib.
Sputnik
BAKI, 29 avgust — Sputnik. ABŞ-ın Kaliforniya ştatındakı məktəblərdən birində müəllim şagirdlərini LGBT bayrağına sədaqət andı içməyə çağırıb. Bu barədə o özünün "Tik Tok" hesabında məlumat verib.
Sputnik Azərbaycan RİA Novostiyə istinadla bildirir ki, Kristin Pitsen adlı bu pedaqoq üçüncü dərs vaxt şagirdlərin ABŞ bayrağına sadiqlik andı içmək üçün yerlərində qalxdıqlarını, ancaq sinifdə bayraq olmadığını deyib. Müəllimin öz sözlərinə görə, "hakimiyyətdəkilərin hərəkətlərindən utandığı üçün" COVID-19 pandemiyası zamanı bayrağı sinifdən çıxarıbmış.
Nəticədə sinifdəki şagirdlərdən biri müəllimdən andı söylədikləri zaman hara baxacaqlarını soruşub.
"Mən də uşağa dedim ki, otaqda and içə biləcəyiniz bir bayraq var və LGBT bayrağını göstərdim", - deyə Pitsen sinifdə baş verənləri danışıb.
Fox News-un məlumatına görə, artıq xüsusi orqanlar hadisə ilə bağlı araşdırma aparmağa başlayıb.
Müəllimin paylaşdığı video isə sosial şəbəkələrdə geniş yayılaraq istifadəçilərin narazılığına səbəb olub. Onlar uşaqların belə pedaqoqların təsiri altında qalmalarından narahatlıqlarını ifadə ediblər.
Həmçinin oxuyun:
Avropa İttifaqı dağıla bilər - keçmiş sədr