BAKI, 28 avqust - Sputnik. İspaniyalı üzgüçü Sebastyan Rodriges Velozo Tokio Yay Paralimpiya Oyunlarında çıxış edib.
Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, Velozo qətlə görə 84 il həbs cəzası almış terrorçu olub. Uzunmüddətli aclıq aksiyasının nəticəsində Velozonun aşağı ətrafları iflic olub. Həbsdə olarkən məhbus yoldaşları ilə birlikdə Velozo 432 gün çəkən aclıq elan edib. Onlar arasında sağ qalan yeganə şəxs də elə Velozo olub - onu nəhayət yeməyə məcbur ediblər.
Velozonun bəzi daxili orqanları zədələnib, aşağı ətrafları isə iflic olub. 1996-cı ildə həbsdən buraxılan Velozo üzgüçülüklə məşğuı olmağa başlayıb.
Eləcə də oxuyun:
Olimpiada proqramında yeni idman növü - qar voleybolu
Tokio-2020: Olimpiada zamanı koronavirusa yoluxma sayı 500-ü ötüb