Qazaxıstanda hərbi hissədə partlayışda ölənlərin sayı artıb, matəm elan olunub

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, həlak olanlardan üç nəfərin şəxsiyyətini müəyyənləşdirmək hələ də mümkün deyil.
Sputnik
BAKI, 28 avqust - Sputnik. Qazaxıstanın Jambıl vilayətinin Taraz şəhəri yaxınlığında yerləşən hərbi hissənin anbarında avqustun 26-da baş verən partlayışda ölənlərin sayı 13 nəfərə çatıb.
Sputnik Qazaxıstan bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
"Hadisə yerində daha bir nəfərin meyiti aşkarlanıb, onun şəxsiyyəti dəqiqləşdirilir", - məlumatda deyilir. 
O da qeyd olunur ki, həlak olanlardan üç nəfərin şəxsiyyətini müəyyənləşdirmək hələ də mümkün deyil.
Müdafiə Nazirliyinin məlumatına görə, hərbi hissənin anbarında əsasən hərbi mühəndis sursatı saxlanır, onların partlayış zamanı ətrafa yayılma radiusu elə də böyük deyil. Ümumilikdə hərbi hissədə on partlayış olub.  
Yüzdən artıq adam müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanalara çatdırılıb. 
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev avqustun 29-da ölkədə matəm elan edib.
Eləcə də oxuyun:
Qazaxıstanda hərbi obyektdə güclü partlayış olub, 30-dan çox yaralı var - VİDEO
Azərbaycan XİN Qazaxıstana başsağlığı verib
Yer titrədi: Qazaxıstanda baş vermiş güclü partlayışın şahidi danışıb