Nigeriyalı biznesmen Tbilisinin meri olmaq istəyir

Tbilisinin hazırkı meri Kaxa Kaladze bu il iyulun 13-də paytaxtımıza səfər edib və burada Bakı və Tbilisi şəhərləri arasında Qardaşlaşma haqqında Memorandum imzalanıb.
Sputnik
BAKI, 28 avqust - Sputnik. Gürcüstanda yaşayan nigeriyalı biznesmen Riçard Arinze Oqbunucu payızda keçiriləcək seçkidə Tbilisinin meri adını qazanmağa çalışacaq.
"Mən Tbilisinin tarixini yaxşı bilirəm, bu şəhərin necə yarandığından xəbərim var... Burada qohumlarım yoxdur, odur ki, əgər mən Tbilisidə mer olsam, nepotizm (vəzifə səlahiyyətlərindən sui-istifadə edib qohumlara güzəştlər etmək - red.) tamamilə yox olacaq", - biznesmen şənbə günü jurnalistlərə deyib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Gürcüstan Mərkəzi Seçki Komissiyası artıq Oqbunucunun Tbilisi merliyinə namizədliyini qeydə alıb. Seçki nömrəsi 23 olan biznesmenin namizədliyini "Bizim Birləşmiş Gürcüstanımız" adlı seçki subyekti irəli sürüb.
Nigeriyalı namizəd jurnalistlərə açıqlamasında seçkidə səslərin ən azı 80%-ni qazanacağına əmin olduğunu bildirib. 
"Rustavi-2" telekanalının məlumatına görə, biznesmen iyirmi altı ildir ki, Gürcüstanda yaşayır, gürcü dilini bilir. O, beynəlxalq münasibətlər fakültəsinin məzunudur. Bir neçə dildə danışan Oqbunucu gürcülərlə afrikalıları tanış etməyə, yaxınlaşdırmağa çalışır. O özü gürcü qızı ilə evlənib və bu izdivacdan üç uşağı var.
Qeyd edək ki, Tbilisi ilə Bakı qardaşlaşmış şəhərlərdir. Tbilisinin hazırkı meri Kaxa Kaladze bu il iyulun 13-də paytaxtımıza səfər edib və burada Bakı və Tbilisi şəhərləri arasında Qardaşlaşma haqqında Memorandum imzalanıb.
43 yaşlı Kaxa Kaladze 2017-ci ilin oktyabr ayından Tbilisinin meridir. "İslahatçı mer" adı qazanan Kaladze payızda keçiriləcək mer seçkisində ikinci müddətə namizədliyini irəli sürüb.
Eləcə də oxuyun:
Tbilisi Bakının 21-ci qardaşı olacaq
Tbilisi meri Kaxa Kaladze Bakıdan qayıdandan sonra mühüm qərar verib