Böyük Britaniyanın Əfqanıstandakı səfirliyindən diqqət çəkən əməl

Böyük Britaniyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Nik Karter bir müddət öncə bəyan etmişdi ki, Britaniya hərbçiləri mülki vətəndaşların Kabildən təxliyəsini şənbə günü yekunlaşdıracaqlar. 
Sputnik
BAKI, 28 avqust - Sputnik. Böyük Britaniya hökuməti özünün Əfqanıstandakı səfirliyinin Twitter sosial şəbəkəsindəki hesabını pozub. 
Sputnik Azərbaycan bildirir ki, bu barədə UK Defence Journal yazır.
Səfirliyin Twitter-dəki hesabına daxil olarkən boş səhifə açılır. Orada qeyd olunub ki, "belə bir hesab mövcud deyil".
Əvvəllər isə səhifədə digər məlumatlarla yanaşı, hətta əlaqə üçün telefon nömrəsi də qeyd olunmuşdu.
Böyük Britaniyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Nik Karter bir müddət öncə bəyan etmişdi ki, Britaniya hərbçiləri mülki vətəndaşların Kabildən təxliyəsini şənbə günü yekunlaşdıracaqlar. 
Qeyd edək ki, Taliban* hərəkatının ölkənin iri şəhərlərinə hücumu nəticəsində Əfqanıstanda vəziyyət daha da kəskinləşib. Ötən həftənin bazar günü, avqustun 15-də KİV və digər mənbələr Talibanın* ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət etdiyini xəbər vermişdi. Hərbçilər daha sonra bəyan etmişdilər ki, artıq Kabilə daxil olublar, eləcə də prezident sarayını nəzarət altına alıblar. Əfqanıstan Milli Barışıq üzrə Ali Şurasının rəhbəri Abdulla Abdulla bildirib ki, Əşrəf Qəni prezidentlikdən istefa verərək ölkəni tərk edib.
Xarici missiyaların əcnəbi əməkdaşları ilə onlarla işləyən əfqanların təxliyəsi Kabilin yeganə aeroportu vasitəsilə həyata keçirilir. Oraya hazırda ABŞ və NATO-nun digər üzvlərinin hərbçiləri nəzarət edirlər. Avqustun 26-da İŞİD* aeroport yaxınlığında güclü partlayışlar törədib. İki yüzədək qurbanın qeydə alındığı partlayışlarda Azmerikanın 13 hərbi qulluqçusu həlak olub. Bundan sonra ABŞ Silahlı Qüvvələri İŞİD-in planlaşdırıcısına qarşı əks-terror əməliyyatı keçirib. Pilotsuz uçan aparat Nanqarhar vilayətində hava zərbələri endirib. İlkin məlumatlara görə, hədəf məhv edilib. Mülki vətəndaşlar arasında itki yoxdur.
* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.
* İŞİD - 1999-cu ildə formalaşmış, 2004-2014-cü illərdə Əl-Qaidənin tərkibinə daxil olmuş ekstremist terrorçu təşkilat. Suriya, İraq, Əfqanıstan, Misir, Yəmən, Nigeriya, Somali, Konqo DR-da müəyyən ərazilərə nəzarət edir.
Eləcə də oxuyun:
Bayden Əfqanıstanda İD ilə mübarizədə ABŞ hərbçilərə tam ixtiyar verdi
Evinizə xoş gəldiniz! - Əfqanıstandan qayıdan sülhməramlılar Bakıda necə qarşılandı
Kabildə baş verən partlayış zamanı yerli agentliyin müxbiri həlak olub
Kabildə ard-arda partlayışları törədən məlum oldu - ABŞ artıq Talibanla birgə işləyir
ABŞ Kabildə terror aktlarından sonra bu ölkədə aviazərbələr endirib
Taliban* nümayəndəsi Əfqanıstanın sabiq prezidentinin ev dustaqlığı barədə danışdı