SƏHİYYƏ

Rayonlarda əlavə vaksinasiya məntəqələri yaradılıb

Xətai rayonunun 8 nömrəli Uşaq Poliklinikası və Nərimanov rayonunun 7 nömrəli Uşaq Poliklinikası vaksinasiya prosesinə cəlb edilib.
Sputnik
BAKI, 25 avqust — Sputnik. Peyvəndləmə ilə bağlı Nərimanov və Xətai rayon əraziləri üzrə şəhər poliklinikalarında yaranan sıxlığı aradan qaldırmaq məqsədilə əlavə vaksinasiya məntəqələrinin fəaliyyətinə zərurət yaranıb. Bu barədə Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
Qeyd olunub ki, bu məqsədlə Xətai rayonunun 8 nömrəli Uşaq Poliklinikası (ünvan: Əliağa Şıxlinski küç, 59) və Nərimanov rayonunun 7 nömrəli Uşaq Poliklinikası (ünvan: Faiq Yusifov küç, 37) vaksinasiya prosesinə cəlb edilib. Adı çəkilən məntəqələrdə vaksin olunmaq üçün vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə  onlayn qaydada növbə götürməlidirlər.
Xatırladaq ki, sentyabrın 1-dən ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna malik olduğu halda istifadə edə biləcəklər. Bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda etdiyi dəyişiklikdə əksini tapıb.
Həmçinin oxuyun:
Məktəb, "Delta" ştammı və uşaqlar - payızda nə edəcəyik?