https://sputnik.az/20210827/Rayonlarda-elave-vaksinasiya-menteqeleri-yaradilib-427771871.html
Rayonlarda əlavə vaksinasiya məntəqələri yaradılıb
Rayonlarda əlavə vaksinasiya məntəqələri yaradılıb
Sputnik Azərbaycan
Xətai rayonunun 8 nömrəli Uşaq Poliklinikası və Nərimanov rayonunun 7 nömrəli Uşaq Poliklinikası vaksinasiya prosesinə cəlb edilib. 27.08.2021, Sputnik Azərbaycan
2021-08-27T10:26+0400
2021-08-27T10:26+0400
2021-11-17T00:02+0400
xəbərlər
səhiyyə
cəmiyyət
vaksin
məntəqə
rayon
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/06/1d/427343247_0:132:3072:1860_1920x0_80_0_0_6f6b452794ec41d7e1c445d1bd22bd21.jpg
BAKI, 25 avqust — Sputnik. Peyvəndləmə ilə bağlı Nərimanov və Xətai rayon əraziləri üzrə şəhər poliklinikalarında yaranan sıxlığı aradan qaldırmaq məqsədilə əlavə vaksinasiya məntəqələrinin fəaliyyətinə zərurət yaranıb. Bu barədə Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.Qeyd olunub ki, bu məqsədlə Xətai rayonunun 8 nömrəli Uşaq Poliklinikası (ünvan: Əliağa Şıxlinski küç, 59) və Nərimanov rayonunun 7 nömrəli Uşaq Poliklinikası (ünvan: Faiq Yusifov küç, 37) vaksinasiya prosesinə cəlb edilib. Adı çəkilən məntəqələrdə vaksin olunmaq üçün vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə onlayn qaydada növbə götürməlidirlər.Xatırladaq ki, sentyabrın 1-dən ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna malik olduğu halda istifadə edə biləcəklər. Bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda etdiyi dəyişiklikdə əksini tapıb.Həmçinin oxuyun:Məktəb, "Delta" ştammı və uşaqlar - payızda nə edəcəyik?
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/1d/427343247_341:0:3072:2048_1920x0_80_0_0_fb6e1c915473555a1bf7f8fd623c245d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, vaksin, məntəqə, rayon, azərbaycan
xəbərlər, vaksin, məntəqə, rayon, azərbaycan
Rayonlarda əlavə vaksinasiya məntəqələri yaradılıb
10:26 27.08.2021 (Yenilənib: 00:02 17.11.2021) Xətai rayonunun 8 nömrəli Uşaq Poliklinikası və Nərimanov rayonunun 7 nömrəli Uşaq Poliklinikası vaksinasiya prosesinə cəlb edilib.
BAKI, 25 avqust — Sputnik. Peyvəndləmə ilə bağlı Nərimanov və Xətai rayon əraziləri üzrə şəhər poliklinikalarında yaranan sıxlığı aradan qaldırmaq məqsədilə əlavə vaksinasiya məntəqələrinin fəaliyyətinə zərurət yaranıb. Bu barədə
Səhiyyə Nazirliyindən
Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
Qeyd olunub ki, bu məqsədlə Xətai rayonunun 8 nömrəli Uşaq Poliklinikası (ünvan: Əliağa Şıxlinski küç, 59) və Nərimanov rayonunun 7 nömrəli Uşaq Poliklinikası (ünvan: Faiq Yusifov küç, 37) vaksinasiya prosesinə cəlb edilib. Adı çəkilən məntəqələrdə vaksin olunmaq üçün vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə onlayn qaydada növbə götürməlidirlər.
Xatırladaq ki, sentyabrın 1-dən ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna malik olduğu halda istifadə edə biləcəklər. Bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda etdiyi dəyişiklikdə əksini tapıb.