BAKI, 26 avqust — Sputnik. “Qarabağ” bu gün növbəti avrokubok oyununa çıxıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Konfrans Liqasının pley-offunda Şotlandiyada "Aberdin"lə üz-üzə gələn Ağdam klubu möhtəşəm qələbə qazanıb.
İlk dəqiqələrdən meydançaya hakimliyi ələ alan "Qarabağ" "Aberdin"in qapısından ilk yarıda iki qol keçirib. Oyunun sonlarına doğru Abdullah Zubirin qolu ilə hesab 0:3 olub.
Uzatma dəqiqələrində penalti qazanan şotlandlar onu gerçəkləşdirsələr də, oyun Azərbaycan komandasının xeyrinə bitib və o, qrup mərhələsinə adlayıb.
Konfrans Liqası
Pley-off mərhələsi
Cavab oyunu
26 avqust
22:45. “Aberdin” (Şotlandiya) – “Qarabağ” (Azərbaycan) - 1:3
Qollar: Luis Ferqyuson, 90+1 (pen.), Toral Bayramov, 8, Kadi Borqes, 18, Abdullah Zubir, 72
Baş hakim: Harald Lexner (Avstriya)
Aberdin. “Pittodri” stadionu
İlk oyun – 0:1.
Pley-off mərhələsi
Cavab oyunu
26 avqust
22:45. “Aberdin” (Şotlandiya) – “Qarabağ” (Azərbaycan) - 1:3
Qollar: Luis Ferqyuson, 90+1 (pen.), Toral Bayramov, 8, Kadi Borqes, 18, Abdullah Zubir, 72
Baş hakim: Harald Lexner (Avstriya)
Aberdin. “Pittodri” stadionu
İlk oyun – 0:1.
Qeyd edək ki, eyni mərhələdə bu gün Bakının "Neftçi" klubu da yarışırdı. İsraildə Hayfa "Makkabi"sinin qonağı olan "Neftçi" qapısından buraxdığı dörd cavabsız qolla avrokuboklarla bu mövsüm vidalaşıb.
Eləcə də oxuyun:
Azərbaycan futbol yığmasının heyəti açıqlanıb
Ronaldu "Yuventus"u tərk edir - öz xoşu ilə
Futbolçularımız xarici klublarda niyə özünü doğrulda bilmir? – Sənan Şəfizadənin şərhi