BAKI, 27 avqust — Sputnik. ABŞ prezidenti Co Bayden ölkənin hərbi komandanlığına Əfqanıstandan "İslam Dövləti" terrorçu qruplaşmasına qarşı mübarizə aparmaq üçün tam ixtiyar verib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Ağ Evin cümə günü verdiyi bəyanatda deyilir.
"Missiyanın son bir neçə günü (Əfqanıstandan insanların təxliyəsi - red.) daha təhlükəli dövr olacaq. Prezident hərbçilərimizin mühafizəsi üçün bütün zəruri hüquqları verdi; hamı (komandanlıq) bildirdi ki, effektiv əməliyyatların keçirilməsi üçün bütün resurslara malik olduqlarını bildirdilər", - deyə Ağ Evin prezident və milli təhlükəsizlik üzrə məsul şəxslərlə görüşün yekunlarına dair bəyanatında bildirilir.
Qeyd edək ki, KİV-in məlumatına görə, dünən Kabildə baş verən partlayışlarda on iki Amerika əsgəri və 60 nəfər əfqan həlak olub. Partlayışlardan biri əcnəbilərin yığışdığı Baron otelinin yanında törədilib. Kabil aeroportu yaxınlığında baş verən partlayışlarda ölənlərin sayı ən azı 90 nəfərdir.
Həmçinin oxuyun: