BAKI, 27 avqust — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstana başsağlığı verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Azərbaycan XİN-in rəsmi "Twitter" səhifəsində yerləşdirilib.
"Qazaxıstanın Jambıl bölgəsinin cənubunda hərbi anbarda partlayış xəbəri bizi kədərləndirdi. Bu faciəvi hadisənin qurbanlarının ailələrinə başsağlığı verir, bütün yaralıların tezliklə sağalmasını diləyirik", - məlumatda bildirilir.
Avqustun 26-da axşam saatlarına Qazaxıstanın Jambılsk vilayətinin Taraz şəhəri yaxınlığındakı hərbi hissədə güclü partlayış olub. Ölkənin Müdafiə Nazirliyindən məlumatı təsdiqləyərək bildiriblər ki, hərbi hissənin anbarında, əsasən, hərbi mühəndis sursatı saxlanır, onların partlayış zamanı ətrafa yayılma radiusu isə elə də böyük olmur.
Müdafiə Naziriyinin məlumatına görə, hadisə nəticəsində 5 nəfər həlak olub. Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən verilən son məlumatda isə xəstəxanalara xəsarət almış 90 nəfərin yerləşdirildiyi və onların 49-nun yerli FH departamentinin əməkdaşları olduğu bildirilib. Yaralıların 6-nın vəziyyəti ağırdır.
Həmçinin oxuyun: