İDMAN

Paralimpiyaçılarımız Tokioda üç qızıl və bir bürünc medal qazanıb

Tokioda keçirilən Yay Olimpiya Oyunlarında azərbaycanlı idmançılar üç gümüş və dörd bürünc medal qazanmışdılar.
Sputnik
BAKI, 27 avqust — Sputnik. Azərbaycan cüdoçuları Tokioda keçirilən Paralimpiya oyunlarında iki qızıl medal qazanıb. Bu barədə Sputnik Azərbaycan xəbər verir.
Belə ki, əvvəlcə qadın paracüdoçu Şəhanə Hacıyeva Olimpiya çempionu adını qazanıb. 48 kq çəki dərəcəsində mübarizə aparan idmançımız fransalı Sandrin Martine qalib gəlib.
Азербайджанская дзюдоистка Шахана Гаджиева
Cüdoda ikinci qızıl medalımızı isə 60 kq-da mübarizə aparan Vüqar Şirinli qazanıb. İdmançımız final görüşündə Qazaxıstan təmsilçisi Anuar Sarıyevə qalib gəlib.
Bununla da Azərbaycanın Tokioda keçirilən Paralimpiya oyunlarında qızıl medallarının sayı 3-ə çatıb. Belə ki, Raman Saleh 100 metr məsafəyə arxası üstə üzmə yarışında bütün rəqiblərini geridə qoyaraq qızıl medal qazanmışdı. Ötən gün Azərbaycan komandasında pauerliftinqçi Pərvin Məmmədov (49 kq) bürünc medal qazanıb.
Daha bir idmançımız, pauerliftinq növündə çıxış edən idmançımız Pərvin Məmmədov bürünc medala sahib olub.
Azərbaycanlı üzgüçü Raman Saleh
Əlavə edək ki, Tokioda keçirilən Yay Olimpiya Oyunlarında azərbaycanlı idmançılar üç gümüş və dörd bürünc medal qazanmışdılar.