CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ombudsman Aparatı Ermənistanın növbəti təxribatı ilə bağlı bəyanat yaydı

Azərbaycanın Ombudsman Aparatı Ermənistana beynəlxalq hüquqla və üç tərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri dərk etməli olduğunu xatırladıb.
Sputnik
BAKI, 26 avqust - Sputnik. Azərbaycan Ombudsman Aparatı Ermənistanın növbəti təxribatını pisləyən bəyanat yayıb.  
Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, Ermənistan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan Azərbaycan əsgərinə qəfil hücum edib. İki erməni hərbçi ilə əlbəyaxa döyüş zamanı əsgər Ruslan Şirəliyevə sinə nahiyəsindən süngü ilə zərbə endirilib. Erməni hərbçilər cinayəti törədərək meşəlik əraziyə doğru geri istiqamətdə qaçıblar.
"Ermənistan tərəfinin davamlı olaraq insan həyatına qəsd etməklə və sərhəddə vəziyyəti gərginləşdirməklə yeni münaqişə ocaqları yaratmaq məqsədi güdən bu cür çirkin təxribatlarını qəti şəkildə pisləyir, beynəlxalq hüquqla və üç tərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri dərk etməli olduğunu xatırladırıq", - Ombudsman Aparatının bəyanatında deyilir.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin məlumatına görə, avqustun 25-i saat 15:45 radələrində Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsi istiqamətində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan əsgər Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusunun qəfil hücumuna məruz qalmış, əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü bıçaqla xəsarət almışdır.
Digər sərhəd naryadlarının köməyə gəldiyini görən Ermə­nistan hərbçiləri ərazinin sıx meşəlik olmasından istifadə edərək geri qaç­mışlar.
Əsgər R.Şirəliyev təcili olaraq Dövlət Sərhəd Xidmətinin hərbi hospitalına təxliyə edilmişdir, hazırda həyatı üçün təhlükə yoxdur.
Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür və bu təxribata adekvat cavab veriləcəkdir.
Eləcə də oxuyun:
Ermənistan Sədərək rayonu istiqamətində təxribata əl atıb - VİDEO
Ermənistanın azərbaycanlılara qarşı nifrət siyasəti – Hesabatın ikinci hissəsi
Ermənilər Kəlbəcərdə İstisunu atəşə tutublar