SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əfqanıstandan qaçış: ABŞ yenə NATO-nu, dostlarını və müttəfiqlərini yaddan çıxardı

Amerikasayağı qaçışın yaratdığı xaos ona gətirib çıxardı ki, nə almanlar, nə hollandiyalalır, nə də çexlər öz vətəndaşlarını Kabil aeroportundan çıxara bilmədilər. Heç kimlə məsləhətləşməyən amerikalılar avqustun 31-ni təxliyənin son günü elan etdilər.
Sputnik
BAKI, 25 avqust — Sputnik. Əfqanıstan istiqamətindəki uğursuzluq ABŞ-ın bütün hərbi ittifaqlarını sarsıtdı, özlərini hansı səbədən Amerika maraqlarına uyğunlaşdırdıqları aydın olmayan NATO blokuna namizədlər –gürcülər və ukraynalılar isə dünyanın bir ucunda, qəzəbli insanların mühasirəsində tərk edildilər.
Bu gün Kabildəki yalnız bir Amerika hərbi bazasında 400 nəfər – Şərqi avropalılardan ibarət əsl beynəlmiləl aşkarlanıb. Onlar müqavilə əsasında amerikalılara xidmət edərək taliblərin saxlanıldığı həbsxanaları mühafizə edirdilər.
İndi taliblər azadlığa çıxaraq onların əlindən silahlarını alsalar da, hələlik özlərinə dəyib-dolaşmırlar. Ukrayna əsgərləri artıq Rusiya hakimiyyətindən onlar üçün təyyarə göndərməsini xahiş ediblər. Və niyə bu təəccüblü deyil? Belə çıxır ki, amerikalılara işləyən əfqanları da ruslar xilas etməlidir. Əlqərəz, həmişə necə, indi də elə...
Ancaq yaxın tərəfdaşlar, NATO-nun tamhüquqlu üzvləri olan ölkələrlə də amerikalılar bundan yaxşı rəftar etmədilər. Amerikasayağı qaçışın yaratdığı xaos ona gətirib çıxardı ki, nə almanlar, nə hollandiyalılar, nə də çexlər öz vətəndaşlarını Kabil aeroportundan çıxara bilmədilər. Heç kimlə məsləhətləşməyən amerikalılar avqustun 31-ni təxliyənin son günü elan etdilər. Bəs bizim vətəndaşlarımız necə olacaq? Amerikanın NATO üzrə müttəfiqləri indi bu sualı verir. Ancaq Vaşinqtondan cavab gəlmir.
Bir-birinin arxasından aparılan gizli danışıqlar
ABŞ-ın tərəfdaşları artıq düşünməyə başlayıblar. Dünyada ən güclü ordu sayılan ABŞ ordusunun dabanına tüpürüb qaçması onlarda artıq xoş olmayan şübhələr yaradıb. Amerikalılar Əfqanıstanda yalnız adamları deyil, döyüş təyyarələrini, helikopterləri, zirehli texnika və silahı sursatı da atıb gediblər.
Belə təəssürat yaranır ki, onlar yüz milyon dollarlıq silah-sursatı NATO müttəfiqlərinin arxasından bağladıqları hansısa gizli sövdələşmənin müqabilində orada qoyub çıxıblar.
Bir neçə on min nəfər "ayağı çarıqlı saqqalının" inanılmaz dərəcədə sürətlə bütün ölkəyə və paytaxt Kabilə hakim olması da bundan xəbər verir. Amerikalılar əvvəlcədən bundan xəbər tutmuş ola bilərdilər, amma baş verənlər onların NATO üzrə müttəfiqləri üçün pis sürpriz oldu. Hələ 2010-cu ildə "Dünyada sülh uğrunda" Karnegi Fondu silahlılarla barışığın müxtəlif variantlarını özündə əks etdirən hesabat buraxmışdı. Sənəddə Əfqanıstan əyalətlərinin Amerika tərəfdarı hökumətlə Taliban* arasında bölünməsindən tutumuş Amerikanın "öz" diktatorunu təyin etməsinə qədər müxtəlif variantlar nəzərdən keçirilirdi. Və bütün bunlar "Təhlükəsizlik demokratiyadan vacibdir" şüarı altında irəli sürülürdü.
2018-2020-ci illərdə ABŞ-ın Əfqanıstandakı keçmiş səfiri Zalmay Xəlilzad administrasiyanın rəhbəri Trampın adından Taliban* nümayəndələri ilə gizli danışıqlar aparmışdı. Onlar 2020-ci ilin yazında taliblərlə sövdələşməni başa çatdırdılar. Bu tamamilə Vaşinqtonun özfəaliyyətindən ibarət idi. Ağ Ev öz planlarına NATO üzrə Avropa müttəfiqlərini daxil etməmişdi. 2021-ci ildə dövlət katibi Entoni Blinken müntəzəm şəkildə Pakistan hakimiyyəti ilə telefon əlaqəsi saxlayırdı. İyun ayında isə Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı Uilyam Berns İslamabada uçdu. Cənab Bernsin Pakistan rəhbərliyi ilə nə barədə danışdığı hamıya maraqlı olsa da, danışıqların məzmunu gizli saxlanıldı.
Bununla belə, müttəfiqlər hər şeyi başa düşür və öz oyunlarını oynayırdılar. Böyük Britaniyanın müdafiə naziri Ben Uolles jurnalistlərə etiraf etdi ki, türk və italyan hərbçilərinin birləşmiş kontingentinin Əfqanıstanda qalması üçün danışıqlar aparmağa cəhd göstərib. Aydın məsələdir ki, danışıqlar gizli gedib və Vaşinqtonun bundan xəbəri olmayıb. Ancaq sonda ideya qeyr-real hesab olunub: çox şey sırf Amerika hərbi infrastrukturuna bağlı idi.
NATO müttəfiqlərinin hamının gözü qarşısında alçaldılması
Müttəfiqləri ən çox qəzəbləndirən o oldu ki, Vaşinqton qoşunlarını Əfqanıstandan çıxarmaqla (məsləhət-məşvərət eləmədən, minimum diplomatik nəzakət də olsa, göstərmədən), sadəcə olaraq, onları fakt qarşısında qoydu. Əlbəttə ki, ictimaiyyət qarşısında blokun birlik içində olduğunu nümayiş etdirmək lazım gəlirdi. Ancaq aparıcı Avropa siyasətçilərinin qəzəbi istər-istəməz kənara sızdı. Hətta Brexitdən sonra tamamilə ABŞ-dan vassal asılılığına düşmüş İngiltərə belə kəskin ifadələr işlətməkdən çəkinmədi. Keçmiş Baş nazir Toni Bleyer ABŞ-ın hakimiyyətdə olan prezidentini "ağıldankəm" adlandırdı. Hazırkı Baş nazir Boris Conson isə bəyan etdi ki, "Trampla işlər Co ilə olduğundan daha yaxşı gedirdi". Düzdür, sonradan o bunu söylədiyini boynuna almadı, amma iş-işdən keçmiş və artıq onun sözləri ağızdan-ağıza düşmüşdü.
Britaniyalı tabloidlər hakimiyyətin ən yuxarı təbəqələrinin sözlərini tirajlayır: ingilis nazirlər belə hesab edirlər ki, Bayden Əfqanıstandan qoşunların çıxarılması əmrini verərkən tamam ağlını itirib.
"Bizim böyük müttəfiqimizin Əfqanıstanda missiyanı başa çatdırmaq barədə qərarı, demək olar ki, müttəfiqlərlə məsləhətləşmədən qəbul olunub və dərindən düşünməyə vadar edir", – deyə Toni Bleyer kədərlə etiraf edir.
Angela Merkelin Almaniyanın yeni kansleri vəzifəsinə irəli sürdüyü Armin Laşet isə bildirir ki, Əfqanıstandan qoşunların çıxarılması "NATO blokunun bütün tarixi boyunca ən böyük məğlubiyyətidir".
Fransa prezidenti Emmanuel Makron Baydenə zəng edərək əfqanları ölkədən çıxarmaqdan imtina etdiyinə görə onu kəskin tənqid etdi. Fransa prezidentinin əsəbləşməsi başa düşüləndir: amerikalı tərəfdaşlar əfqan qaçqın problemini hiyləgərliklə avropalıların üzərinə atdılar. On minlərlə qeyri-qanuni mühacir tezliklə Aİ və İngiltərəyə axışacaq və onların arasında nə qədər potensial terrorçunun olacağını düşünmək belə dəhşətlidir. Və əgər avropalılar sərhədləri bağlamağa çalışsalar, Vaşinqton onları açıq şəkildə vicdansızlıqda günahlandıracaq.
Amerikalılar yalnız NATO üzrə müttəfiqlərini alçaltmadılar. Şahmatçıların dediyi kimi onları payaya keçirdilər. Əgər Aİ ölkələrinin liderləri öz vətəndaşlarını Əfqanıstandan çıxara bilməyəcəklərsə, xalqın qəzəb dalğası onları vəzifələrindən uzaqlaşdıra bilər. Avropa ölkələri əfqan qaçqınlarla dolsa, onda vəziyyət daha da pis olacaq.
Bəs sonra?
Gələcək perspektivlər daha dəhşətlidir. Vaşinqton siyasətçiləri növbəti dəfə hara qoşun göndərmək fikrindədirlər? Avropalı əsgərlər onların arxasınca hara sürünməli olacaqlar? Harada və nə uğrunda ölməli olacaqlar?
Xatırladaq ki, Əfqanıstanda NATO-nun 3,5 mindən çox hərbi bloku həlak olub. Niyə? Onlar nəyin uğrunda öz həyatından keçiblər? Avropalıların ən böyük kabusu ABŞ-ın onları Çinlə müharibəyə sürükləməsidir. Bu avantüranın yeni "bitməyən müharibəyə çevrilməsi təhlükəsi var, özü də qurbanların sayı artıq minlərlə ölçülməyəcək. Ağ Evdəkilər məğlubiyyəti anlayanda isə öz tərəfdaşlarını dərhal sataraq döyüş meydanından qaçacaqlar. Hadisələrin belə hal alması kimə lazımdır? Hətta kifayət qədər passiv və Vaşinqtondan asılı vəziyyətdə olan Avropa elitası belə, bu cür siyasi intiharla barışa bilməz.
Bəs əgər Vaşinqton postsovet məkanında döyüşmək qərarına gəlsə, onda necə? Bu mövzu NATO zabitlərində yalnız acı gülüş doğurur. " Rusiya ilə döyüşməkdən dəm vurmaq asandır. İşə gələndə isə NATO-nun Əfqanıstandakı hücumun qarşısını almaq üçün bir neçə min hərbçisi belə tapılmadı", – deyə adının çəkilməsini istəməyən komandir "Financial Times"-ə müsahibəsində şikayətlənir.
"Əfqanıstandan sonra Amerika sülhü (Pax Americana) bitdi" – deyə məşhur britaniyalı analitik Saymon Tisdall yazır. Onun sözlərinə görə, Əfqanıstandakı məğlubiyyət ABŞ-ın Avropanın taleyindəki rolunu yenidən düşünmək üçün proloq rolunu oynadı.
Bir vaxtlar NATO bloku Avropanı məşhur "sovet təhdidi"ndən qorumaq üçün çağırılmışdı. Artıq çoxdandır ki, heç bir təhdid yoxdur. Bu gün ABŞ, sadəcə blokdan təkbaşına öz hərbi aləti kimi istifadə edir və alyans ölkələrini onun saxlanılması üçün vergiyə tabe tutur. Müttəfiqləri dəstəkləmək əvəzinə, onları mənasız avantüranın içinə çəkir, sonra isə bütün dünyanın gözü qarşısında qəddarlıqla tərk edir.
NATO üzvlüyü uğrunda inadla ölməyə belə hazır olan ukraynalılar və gürcülər bu məqamda Toni Bleyerin də dediyi kimi "yaxşı fikirləşməlidirlər". Xüsusən də Kabildə ilişib qalanlar. Buna nə qədər desən, vaxtları var – oturub dünyanın gərdişi haqqında düşünsünlər və rus təyyarəsini gözləsinlər. Bəlkə uçub gəldi...
*Rusiyada qadağan olunmuş terror təşkilatı
Həmçinin oxuyun:
Həyatı heç kimə öyrətməyə ehtiyac yoxdur – Lavrovdan ABŞ-a mesaj