Əfqanıstanın idarəetmə forması bəlli oldu

Əfqan müxalifət hərəkatının lideri Əhməd Məsudu da şuraya daxil etmək istəsələr də, ekspertlərin əksəriyyəti bunun reallaşmasını mümkün hesab etməyib.
Sputnik
BAKI, 24 avqust — Sputnik. Əfqanıstanı tərkibi 12 nəfərdən ibarət şura idarə edəcək. Bu barədə “RİA Novosti”yə ölkənin yeni hakimiyyətinə yaxın mənbədən məlumat verilib.
Şuranın tərkibinə Taliban* hərəkatının nümayəndələri Əbdül Qəni Bəradər və Molla Yaqubla yanaşı, "Haqqani şəbəkəsi"nin rəhbəri Xəlil ər-Rəhman Haqqani, eks-prezident Həmid Kərzai, keçmiş xarici işlər naziri Hənif Ətmar, Milli Barışıq Şurasının rəhbəri Abdulla Abdulla, Əfqanıstan İslam Partiyasının lideri Gülbəddin Hikmətyar daxildir. Daha beş namizədin razılaşdırılması gözlənilir.
Agentliyin istinad etdiyi mənbənin sözlərinə görə, onların arasında ölkənin keçmiş prezidenti Əşrəf Qəni, eləcə də siyasətçilərdən Əbdül Rəşid Dostum və Məhəmməd Nur olmayacaq.

Əfqanıstanda hakimiyyət dəyişikliyi

Amerika hərbi kontingentinin Əfqanıstandan çıxarılması fonunda taliblər hücuma keçərək ölkənin bütün iri şəhərlərini tutub iyirmi illik müharibənin başa çatdığını elan ediblər. Hazırda ölkənin idarəetmə mexanizmi məsələsi müzakirə olunur. Hələlik taliblərə tabe olmayan yeganə əyalət Kabildən şimal-şərqdə yerləşən, həm sahəsinə, həm də əhalisinin sayına görə ölkənin ən kiçik bölgəsi sayılan Pəncşirdir.
Bir qədər əvvəl Bəradər və Yaquba yaxın mənbə bəyan etmişdi ki, onlar əfqan müxalifət hərəkatının lideri Əhməd Məsudu da şuraya daxil etmək istəsələr də, ekspertlərin əksəriyyəti bunun reallaşmasını mümkün hesab etmir.
* Rusiya və digər ölkələrdə qadağan olunmuş terror qruplaşması
 Eləcə də oxuyun:
Kabil hava limanında daha yeddi nəfər həlak olub
Tarix təkrarlanır: Azərbaycan əfqan qaçqınlarını qəbul etməlidirmi
Taliban Əşrəf Qəniyə amnistiya təklif etdi
Kabil aeroportuna daha bir təhlükə