SƏHİYYƏ

Həkim koronavirusun bütün mutasiyalarını neytrallaşdıran antitel haqda

Həkim Timakov: koronavirusun bütün mutasiyalarını zərərsizləşdirən antitel əsasında bir dərman yaratmaq olar.
Sputnik
BAKI, 24 avqust — Sputnik. Həkim-infeksionist Yevgeni Timakov RİA Novosti-yə bildirib ki, amerikalı alimlər aşkarladığı, koronavirusun bütün mutasiyalarını zərərsizləşdirə bilən antitel əsasında bir dərman yaratmaq və peyvəndi dəyişdirmək mümkündür, ancaq yenə də bütün məlumatlar təhlil edilməli və müvafiq araşdırmalar aparılmalıdır.
ABŞ-ın Sent-Luis şəhərindəki Vaşinqton Universiteti Tibb məktəbinin alimləri koronavirusun bütün tanınmış mutasiyalarını zərərsizləşdirə bilən bir antitel aşkar ediblər. Tədqiqatın nəticələri universitetin rəsmi portalında dərc olunub.
"Əgər koronavirus infeksiyasını neytrallaşdırmaq üçün az miqdarda xüsusi bir antitel tapılıbsa, bu halda dərman yaratmaq, digər heyvanları, başqa orqanizmləri birləşdirən monoklonal antitelləri hazırlamaq və dərman şəklində daxil etmək mümkün olacaq", - deyə Timakov bildirib.
O izah edib ki, koronavirus infeksiyasına qarşı antitellər müxtəlif effektivlik dərəcəsinə malikdir və amerikalı alimlərin tapdığı antitellər də digərlərindən daha yaxşı qoruyur.
Gələcəkdə, insan bədəninə yeridildikdən sonra məhz bu cür antitellərin daha çox yaranması üçün vaksinləri modifikasiya etmək lazımdır, həkim deyir. Eyni zamanda bildirir ki, peyvəndi yalnız bu antitellərə əsaslanaraq düzəltməyin mənası yoxdur, çünki virus dəyişməyə davam edəcək və peyvəndin təsiri itəcək. Mütəxəssis peyvənddən sonra müdafiəni təmin edə biləcək müxtəlif antitellərin yaranmasının daha yaxşı olduğunu söyləyib.
Eləcə də oxuyun:
Valideynlər mütləq vaksin olunmalıdırlar? - TƏBİB və BŞTİ-dən cavab
Operativ Qərargahın brifinqi: Sentyabrın 15-dən təhsil əyani olacaq
Qlobal reytinqdə yüksəlmişik: amma bunun xeyri dələduzların cibinə gedir
COVID-19: sutka ərzində ölkədə 23 nəfər bu xəstəlikdən dünyasını dəyişib
Azərbaycanda növbəti il üçün vaksin tədarükü görülür
Azərbaycanda uşaqlar vaksin olunacaqlarmı?