ABŞ-ın Kabil aeroportunda gerçəkləşdirdiyi mülki şəxslərin təxliyəsi, müqyasında görə, yəqin ki, Amerika tarixində ikinci olacaq.
Əfqanıstanda vəziyyət taliblərin iri şəhərlərə hücumları ilə daha da gərginləşdi. Ötən həftə döyüşçülər bildirdilər ki, Kabilə daxil olaraq prezident sarayını nəzarətə götürüblər. Əfqanıstan lideri Əşrəf Qəni bəyan etdi ki, "qırğının qarşısını almaq üçün" ölkəni tərk edir. Bir qədər sonra Talibanın (1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb) siyasi ofisinin rəsmi nümayəndəsi Muhammad Naim bildirdi ki, ölkədə müharibə başa çatıb.
Xarici missiyaların əməkdaşlarının və onlara kömək edən əfqanların təxliyəsi Kabildəki yeganə aeroport vasitəsilə gerçəkləşdirilir. Bu proses sıxlıq və atışmalarla müşayiət olunur, həlak olanlar var.
Yerli sakinlərin təxliyəsi üzrə nə böyük əməliyyat isə 2008-ci ildə, ABŞ-ın cənub sahillərinə "Qustav" qasırğası yaxınlaşarkən keçirilmişdi. Luiziana ştatının sahil boyunca yaşayan əhalisinin təxminən 95%-i evlərini tərk etmişdi. Ümumilikdə iki milyonadək insan təxliyə edilmişdi.
Tarixdə baş verən ən böyük təxliyələri xüsusi fotolentimizdə izləyin.