RUSİYA

Rusların yeni silahı: qapalı məkanlarda kəşfiyyat aparır

PUA-nın korpusu karbon-plastik qarışığındandır, buna görə də əşyalarla toqquşarkən zədələnmədən müdafiə olunub. 
Sputnik
BAKI, 22 avqust - Sputnik. Məkanların daxilində kəşfiyyat aparan kiçik pilotsuz uçuş aparatı "Muxa" (Milçək) "ERA" hərbi texnopolisinin əməkdaşları tərəfindən hazırlanıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, nümunə "Ordu-2021" sərgisində nümayiş olunub.
 
""Muxa" pilotsuz uçan aparatı təhlükəli (əlçatmaz) məkanlarda çoxsaylı maneələrin olduğu şəraitdə, o cümlədən məsafədən idarəetmə itirildikdə belə, kəşfiyyat aparmaq üçün nəzərdə tutulub", - texnopolisin stendində yerləşdirilən məlumatda bildirilir.
PUA-nın korpusu karbon-plastik qarışığındandır, buna görə də əşyalarla toqquşarkən zədələnmədən müdafiə olunub. 
"ERA" texnopolisi həmçinin "Ordu-2021" forumunda quş kimi kamuflyaj edilmiş kəşfiyyat dronlarını da nümayiş etdirib.
Eləcə də oxuyun:
Rusiyanın döyüş robotları insanların həyatını yaxşılaşdırır
MAKS-2021 aviasalonu: mülki və hərbi aviakosmik yeniliklər