HADİSƏ

Şəkidə 800 manatlıq viski oğurlayan şəxs saxlanılıb

Mağazadan oğurluq edilməsi obyektin müşahidə kameraları vasitəsilə də görüntülənib. Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Sputnik
BAKI, 21 avqust — Sputnik. Şəki Şəhər Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən böyük marketlərin birindən 815 manat dəyərində spirtli içkilərin oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseynbala Əhmədov saxlanılıb.
Araşdırma zamanı onun müştəri qismində bir neçə dəfə mağazaya daxil olduğu və bahalı spirtli içkiləri geyimində gizlədərək oradan uzaqlaşdığı məlum olub. H.Əhmədov ifadəsində əməlini etiraf edib və viskiləri oğurladıqdan sonra içdiyini bildirib.
Həmin mağazadan oğurluq edilməsi obyektin müşahidə kameraları vasitəsilə də görüntülənib.
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Həmçinin oxuyun:
Narkotik və psixotrop maddələri yayanlar - 2757 nəfər