VİDEO

MMA-nı Olimpiya Oyunlarına salmaq daha maraqlı olardı - Həbib Nurməhəmmədov

Ötən ilin payızında təqaüdə çıxan rusiyalı MMA döyüşçüsü Həbib Nurməhəmmədov Konor Makqreqora olan münasibətindən, futbolda mümkün debütündən, musiqi seçimlərindən, eləcə də MMA-nın Olimpiadaya salınmasından danışıb. Ətraflı - videomuzda.
Sputnik
UFC-nin yüngül çəkili çempionu Həbib Nurməhəmmədov irlandiyalı MMA döyüşçüsü Konor Makqreqoru ən asan rəqiblərlə döyüşdüyünə işarə edərək "qorxaq toyuq" adlandırıb. Nurməhəmmədov özünü futbolda sınamağı planlaşdırdığı barədə yayılan şayiələrə də münasibət bildirib. Bir müddət əvvəl Mahaçqalanın "Legion Dinamo" futbol klubunun idmançıya müqavilə təklif etdiyi bildirilib.
Həbib komanda ilə dostluq əlaqələri olduğunu, ancaq futbolçu kimi debüt etmək niyyətində olmadığını və klubla heç bir müqavilə bağlamadığını etiraf edib.
Jurnalistlərin suallarını cavablandıran Nurməhəmmədov yaradıcılıqdan tamamilə uzaq olduğunu etiraf edib. Və son vaxtlar MMA ilə olduqca fəal ünsiyyətdə olan Morgenştern haqqında çox qısa danışıb.
“Morgenstern? Musiqi həvəskarı deyiləm. Mən yaradıcı insan da deyiləm. Buna baxmayaraq mütaliə edirəm, şeirlər oxuyuram“, - idmançı müsahibəsində bildirib.