CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiyaya getmək istəyən azərbaycanlıların nəzərinə - Qaydalar dəyişdi

Azərbaycan vətəndaşlarının Rusiyaya giriş qaydalarında edilən dəyişikliklərlə əlaqədar olaraq, nəzərə almaq lazımdır ki, sentyabrın 1-dən etibarən yalnız "Путешествую без COVID-19" mobil tətbiqini yükləyən sərnişinlər reysə buraxılacaqlar.
Sputnik
BAKI, 20 avqust — Sputnik. "Azərbaycan Hava Yolları" QSC (AZAL) 2021-ci ilin sentyabrın 1-dən Rusiya istiqamətində səyahət planlaşdıran sərnişinlərə müraciət edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı AZAL yayıb.
Bildirilir ki, Azərbaycan vətəndaşlarının Rusiyaya giriş qaydalarında edilən dəyişikliklərlə əlaqədar olaraq, nəzərə almaq lazımdır ki, sentyabrın 1-dən etibarən yalnız "Путешествую без COVID-19" mobil tətbiqini yükləyən sərnişinlər reysə buraxılacaqlar.
"Bundan əlavə, yalnız əvvəlcədən təsdiq edilmiş klinikalarda və ya laboratoriyalarda koronavirus infeksiyasına dair PCR-testdən keçmək lazımdır. Test məlumatları qeydiyyat masasında, eləcə də Rusiyaya gəliş zamanı sərhəd məntəqələrində göstərəcəyiniz mobil tətbiqdə QR kodu şəklində saxlanılacaq. Klinikaların tam siyahısı təsdiqləndikdən sonra yaxın vaxtlarda aviaşirkətin saytında, eləcə də sosial şəbəkələrimizdə yayımlanacaq", - məlumatda deyilir.
Eləcə də oxuyun:
AZAL beynəlxalq tətbiqin sınaq müddətini uzatdı
Gəncədə sovet vaxtından qalan atributu dəyişdilər
AZAL-ın təyyarəsi Türkiyə səmasında güclü hava boşluğu zonasına düşüb
Azərbaycana uçan təyyarə geri qaytarıldı, Bakıdan Antalyaya ikincisi göndərilir
Samir Dübəndi: “Regionlardakı hava limanlarının potensialından tam istifadə edilməyib”