BAKI, 20 avqust — Sputnik. Pakistan xarici işlər nazir Şah Mahmud Qureyşi Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün Azərbaycana gələcək. Sputnik Azərbaycan Pakistan KİV-nə istinadən xəbər verir ki, səfər Pakistanın Baş naziri İmran Xanın tapşırığı ilə gerçəkləşəcək.
Pakistanın xarici işlər naziri jurnalistlərə açıqlamasında Əşrəf Qəni hökumətinin başlatdığı Taliban əleyhinə təbliğatın yalan olduğunu bildirib: "Qorxu var idi ki, Taliban qızların təhsilinə qadağa qoyacaq. Lakin bu baş vermir. Taliban ümumi əfv elan etdi, məktəbləri və müəssisələri açdı. Onlar elan etdilər ki, intiqam almayacaqlar. Onların indiyə qədər atdıqları addımlar dinc xarakterlidir və bu, təqdirə layiqdir".
Qureyşi vurğulayıb ki, Baş nazir İmran Xanın tapşırığı ilə Aşuradan sonra Özbəkistan, Tacikistan, Azərbaycan və İrana səfər edəcək: "Əfqanıstanda hökm sürən vəziyyəti qonşu ölkələrlə müzakirə edəcəyik və Əfqanıstan probleminin sülh yolu ilə həll edilməsi üçün onlara güvənməklə yanaşı, məsləhətləşəcəyik. Əfqanıstanda dünyanın qəbul edəcəyi bir düzən istəyirik".
Eləcə də oxuyun:
Ermənilər vaxtsız sevinirlər: Bakı Əfqanıstana görə nəqliyyat habı funksiyasını itirməyib
Əşrəf Qəni Əfqanıstan xalqına müraciət etdi
Kabildən təxliyə davam edir. Əfqanıstandakı vəziyyətlə bağlı nə məlumdur?