BAKI, 19 avqust — Sputnik. “Rospotrebnadzor” Mərkəzi Elmi-Tədqiqat İnstitutunun direktor müavini, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Qorelov RİA Novosti-yə bildirib ki, koronavirusun müalicəsi üçün əczaçılıq sənayesi dərhal dərmanın hazırlanmasına başlamadı, çünki hamı COVID-19-un mövsümi bir infeksiya olduğunu düşünürdü. Bu barədə Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir.
"Bu istiqamətdə işlər davam edir, ancaq maddənin özünü yaratmaqla yanaşı, konsentrasiyanı, dozanı seçmək lazımdır ki, bu da peyvəndin hazırlanmasından daha uzun çəkir. Tədqiqatlar bundan sonra da davam edəcək, ancaq virus mövsümi olarsa, araşdırmalar dayandırılacaq", – deyə o COVID-19 əleyhinə peyvəndlərin yaradıldığı halda, hələ də təsirli bir dərmanın nədən olmadığı sualını cavablandırarkən deyib.
Qorelov onu da qeyd edib ki, preparatların hazırlanması daha uzun müddət vaxt aparır və çox vəsait tələb olunur. Qızılca və quduzluq kimi infeksiyalı xəstəliklər var ki, onların da peyvəndi var, ancaq dərmanı yoxdur.
Həkim-infeksionist bildirib ki, istənilən xəstəliyin qarşısını almaq müalicə etməkdən daha yaxşıdır.
İndi Rusiyada dörd peyvənddən birini vurdurmaq olar – "Sputnik V", "EpiVacCorona", "KoviVak", həmçinin təkrar immunizasiya üçün tövsiyə olunan "Sputnik Layt".
Sankt-Peterburq ETİ-nin daha bir preparatı klinik sınaqların I və II mərhələsinə çıxıb.
Həmçinin oxuyun: