CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Heç bir vaksinin effektivliyi 100 faiz deyil - TƏBİB

TƏBİB rəsmisi bildirib ki, ÜST icazə verirsə, bu o deməkdir ki, həmin vaksinlər effektivdir. Lakin heç bir vaksinin effektivliyi 100 faiz deyil.
Sputnik
BAKI, 20 avqust — Sputnik. "Hazırda dörd növ vaksin istifadə olunur. "SİNOVAC"-ı ilk dəfə əldə edəndə Türkiyədə də ciddi araşdırmalar aparılmışdı. Onun effektivliyinin 83 faiz olduğu təsdiqlənmişdi. ÜST icazə verirsə, bu o deməkdir ki, həmin vaksinlər effektivdir. Lakin qeyd edim ki, heç bir vaksinin effektivliyi 100 faiz deyil".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın brifinqində deyib. O bildirib ki, virus infeksiyalarında mutasiya aşkarlandıqda bu, adətən mövsümi xarakter daşıyır: “Hazırda respublikada yayılan "Delta" ştammıdır”.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə bildirib ki, hazırda ölkədə yayılan ştammən 94%-i "Delta" ştammıdır.
Eləcə də oxuyun:
Valideynlər mütləq vaksin olunmalıdırlar? - TƏBİB və BŞTİ-dən cavab
Operativ Qərargahın brifinqi: Sentyabrın 15-dən təhsil əyani olacaq
Qlobal reytinqdə yüksəlmişik: amma bunun xeyri dələduzların cibinə gedir
COVID-19: sutka ərzində ölkədə 23 nəfər bu xəstəlikdən dünyasını dəyişib
Azərbaycanda növbəti il üçün vaksin tədarükü görülür
Azərbaycanda uşaqlar vaksin olunacaqlarmı?