Koronavirus pandemiyası səbəbindən donor aksiyaları məscidlərdə keçirilmir. Mərkəzi Qan Bankının Bakıdakı şöbələrində və bölgələrdəki 9 ünvanda qan verilə bilər.
Donor olmaq istəyənlər karantin rejimi qaydalarına əməl edir, tibbi maskalardan istifadə edib sosial məsafəni qoruyurlar.
İslam şəhidlərinin xatirəsinə ehtiram göstərənlər donor ola və qana ehtiyacı olan insanların həyatını xilas edə bilərlər.
Donor qanı hemofiliya, talassemiya və bir çox digər xəstəliklərin müalicəsində istifadə olunacaq.
Bu il Məhərrəm ayı avqustun 10-da başlayıb. Aşura günü isə 19 avqust tarixinə təsadüf edib.
Tarix boyu Məhərrəm ayı sülh və əmin-amanlıq ayı hesab olunub, lakin hicrətin 61-ci ili (Qriqori təqvimi ilə 10 oktyabr 680-ci il) bu ayın onuncu gününə, yəni Aşura gününə islamı müdafiə etmək üçün ayağa qalxan insanların qəddar qətli ilə kölgə salıb. O zamanlar Əməvilər xəlifəsi Yezidin əmri ilə Kərbəla səhralarında İmam Hüseyn, oğlu İmam Əli və Məhəmməd peyğəmbərin nəvəsi, eləcə də onların ardıcılları və tərəfdarları öldürülüb. Bu günün xatirəsinə hörmət olaraq möminlər yas tədbirləri keçirir və həmçinin qan verirlər.