SƏHİYYƏ

Koronavirus ştammları nə ilə fərqlənir - əlamətlər bunlardır

Əvvəllər 15-20 xəstədən birində ürəkbulanma, qusma halı müşahidə olunurdu. Lakin indiki xəstələrdə bu əlamətlər daha çox müşahidə edilir.
Sputnik
BAKI, 17 avqust — Sputnik. Artıq dünyada koronavirusun müxtəlif ştammları yayılıb. Bəs, bu ştammların bir-birindən necə fərqi nədədir?
İnfeksionist İlhamə Abbasova Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb.
Mütəxəssis bildirib ki, “Delta” ştammının əsas əlamətləri ishal, qusma, ürəkbulanma və koronavirusun digər əlamətləridir.
"Öncəki xəstələrimizdə ən çox burnun tutulması, hərarət, öskürək müşahidə olunurdu. “Delta” ştammına görə isə xəstələr daha çox yüksək temperaturla müraciət edirlər. Onlar həmçinin ishal və qusma hallarına görə də müraciət edirlər", - deyə həkim bildirib.
İnfeksionistin sözlərinə görə, əgər əvvəllər 15-20 xəstədən birində ürəkbulanma, qusma halı müşahidə olunurdusa, indiki xəstələrdə bu əlamətlər daha çox müşahidə edilir.
"Quru öskürək, qrip əlamətləri - yəni, burundan sulu axıntının olması halları da bəzən müşahidə olunur. Elə xəstə var ki, bir gün qızdırma olur, növbəti gün olmur. Yaxud, bir gün ishal olur, növbəti gün olmur", - deyə mütəxəssis qeyd edib.
Həmçinin oxuyun:
COVID-19 infeksiyasına 3 322 yeni yoluxma faktı qeydə alınıb, 18 nəfər vəfat edib
Karantin toylarının olmazsa, olmazı: ən çox hansı qaydalar pozulur