BAKI, 18 avqust — Sputnik. İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı avqustun 17-də aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilib. Sputnik Azərbaycan xəbər verir ki, rayon sakini Ağasəf Cavadzadənin COVID-19 testi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin olunub və sanitar-karantin qaydalarına riayət etməsi tapşırılıb. Lakin həmin şəxs özünütəcrid qaydalarını kobud şəkildə pozaraq ictimaiyyət arasına çıxıb və virusun daha çox yayılmasına şərait yaradıb. Polis əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu ərazidə aşkarlanan A.Cavadzadə tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb
Onun barəsində İsmayıllı RPŞ-də araşdırma aparılır.
Analoji hadisə Zərdab rayonunda da baş verib. Rayonun Polis Şöbəsinin əməkdaşları koronavirus testi müsbət çıxmış və ev şəraitində müalicə təyin edilmiş rayon sakini Nazim Həsənovun karantin qaydalarına zidd davranaraq müalicə aldığı ünvanı tərk etdiyini müəyyən ediblər. Həmin şəxs rayon ərazisində aşkarlanıb və yaşadığı ünvana geri qaytarılıb.
Faktla əlaqədar N.Həsənov barəsində Zərdab RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.
Eləcə də oxuyun:
Koronavirus ştammları nə ilə fərqlənir - əlamətlər bunlardır
Baş infeksionist: Azərbaycanda koronavirusun növbəti alovlanma dövrü başlayıb
Koronavirusun mənşəyi ÜST-ə rahatlıq vermir: yeni qrup yaradır