CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyəyə köməyə gedən xilasedicilərimizin ikinci qrupu Azərbaycana qayıdıb

Ümumilikdə 743 nəfər şəxsi heyət və 93 ədəd texnika Vətənə yola düşüb. Şəxsi heyətin bir hissəsi təyyarə ilə, digərləri isə texnikalarla birlikdə avtomobil yolu ilə ölkəyə qayıdacaq.
Sputnik
BAKI, 17 avqust — Sputnik. FHN-in Türkiyədə olan yanğın-xilasetmə qüvvələrinin ikinci qrupu da ölkəmizə qayıdıb.
Sputnik Azərbaycan FHN-in saytına istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş meşə yanğınları ilə mübarizə çərçivəsində qardaş ölkəyə göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri 16 avqust 2021-ci il tarixindən etibarən hissə-hissə ölkəmizə qayıdır.
Türkiyə Respublikasında baş vermiş meşə yanğınlarının söndürülməsində üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələn FHN-in yanğın-xilasetmə qüvvələrinin ikinci qrupunu gətirən AZAL-a məxsus təyyarə bu gün saat 23:00 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
----------------
16.08.2021
15:14
Türkiyədə yanğınların söndürülməsində iştirak etmiş əməkdaşlarının bir qrupu Azərbaycana qayıdıb. Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, yanğınların söndürülməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyəyə ezam olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının bir qrupu Azərbaycana qayıdıb.
Məlumata görə, qrupu gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
Qeyd edək ki, ümumilikdə 743 nəfər şəxsi heyət və 93 ədəd texnika vətənə yola düşüb. Şəxsi heyətin bir hissəsi təyyarə ilə, digərləri isə texnikalarla birlikdə avtomobil yolu ilə ölkəyə qayıdacaq.
Xatırladaq ki, iyulun 28-də Antalyanın Manavqat rayonunda başlayan meşə yanğınları qısa müddətdə ölkənin digər bölgələrində müşahidə edilib. Antalya başda olmaqla Türkiyənin Kayseri, Bodrum, Osmaniyə, Milas, Adana, Kütahya, Mersin, Dıdım, Kuşadası, Kocaeli bölgələrində kütləvi surətdə meşə yanğınları baş verməkdədir. Türkiyə rəsmiləri hadisənin terror aktı olduğunu istisna etmirlər. Türkiyəyə yardım məqsədi ilə dünyanın bir çox ölkələrindən, o cümlədən Azərbaycandan texnika və canlı qüvvə göndərilib.
Eləcə də oxuyun: 
Odla su arasında, etinasız idman, möhtəşəm vəhşi təbiət - Ötən həftə kadrlarda
Ərdoğan BE-200 təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib
Yakutiyadakı yanğınlar süni yağışların köməyi ilə söndürülür
Türkiyədən şad xəbər: bir fəlakətin öhdəsindən gəldilər
Bakıda kövrək anlar: Türkiyə bayrağı Heydər Əliyev Mərkəzinin binası üzərində