BAKI, 17 avqust — Sputnik. "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində "Dəniz Kuboku" müsabiqəsində iştirak edəcək Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları İranın Ənzəli şəhərinə yola salınıb.
Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilir ki, Azərbaycanı müsabiqədə HDQ-nin G-122 və G-124 gözətçi gəmiləri təmsil edəcək.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları avqustun 22-də başlayacaq "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində keçiriləcək "Tank Biatlonu" (Rusiya), "Artilleriya Atəşinin Ustaları" (Qazaxıstan), "Dəniz Kuboku" (İran) və "Mədəniyyət Ordusu" (Rusiya) müsabiqələrində iştirak edəcək.
Rusiyanın Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.
Komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin üzvlərinin də iştirak etdiyi püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları avqustun 24-də yarışların üçüncü günündə çıxış edəcəklər. Komandamız Belarus, Qazaxıstan və Serbiyadan olan tank heyətləri ilə yarışacaq.
Həmçinin oxuyun: