BAKI, 17 avqust — Sputnik. ”Azəriqaz” İstehsalat Birliyi müdaxilələri minimuma endirəcək yeni şəffaf sayğac qutularının quraşdırılmasına başlayıb.
Bu barədə “Azəriqaz”dan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir. Qeyd olunur ki, qutular həm əvvəlcədən ödənişli, həm də sonradan ödənişli sayğaclara tətbiq olunacaq.
“Zərbəyə, günəş şüalarına və ətraf mühitin təsirlərinə davamlı olan qutular quraşdırıldıqdan sonra abonentlərlə Birlik arasında əsassız ittihamlar qalmayacaq”, - deyə məlumatda bildirilib.
Əlavə olaraq qeyd edək ki, abonent əvvəlcədən ödənişli sayğacın göstəricisini qutunun üzərindən asanlıqla oxuya biləcək. Sonradan ödənişli sayğaclarda isə qutunun üzərindəki kiçik pəncərə açılmaqla kart vasitəsilə balansı artırmaq mümkün olacaq.
Həmçinin oxuyun:
"Azərsu" HAS-ın rəisi cərimələndi: O, ekologiyanı korlamaqda təqsirləndirilib