BAKI, 16 avqust — Sputnik. Pandemiya dövründə səyahəti asanlaşdırmağa imkan verən "IATA Travel Pass" mobil tətbiqinin sınaq müddəti 20 sentyabr 2021-ci ilə qədər uzadılır. Sputnik Azərbaycan xəbər verir ki, smartfonlarda quraşdırılmış və sərnişinin sağlamlığı haqqında uçuş üçün lazım olan bütün məlumatları ehtiva edən rəqəmsal "IATA Travel Pass", uçuşqabağı rəsmiyyətləri asanlaşdırır. Hazırda "IATA Travel Pass" tətbiqini AZAL və "Buta Airways"-in aşağıdakı reyslərinin sərnişinləri yükləyə bilərlər:
• AZAL – Bakı – İstanbul - Bakı (GYD-IST-GYD)
• AZAL - Bakı – Moskva - Bakı (GYD-DME-GYD)
• Buta Airways - Bakı - İstanbul - Bakı (GYD-SAW-GYD)
• Buta Airways – Bakı – Jukovski - Bakı (GYD-ZIA-GYD)
Tətbiqin xidmətləri Azərbaycandan bu reyslərlə yola düşən bütün sərnişinlər və ölkəyə gələn Azərbaycan vətəndaşları üçün mümkündür. "IATA Travel Pass" tətbiqi vasitəsilə rəqəmsal pasportu təqdim edən sərnişinlərə qeydiyyat masasında prioritet qaydada xidmət göstəriləcək. Onlar, eyni zamanda, Heydər Əliyev Beynəlxalq Aeroportuna gəliş zamanı sərhəd nəzarətindən prioritet qaydada keçid xidmətlərindən (Fast Track) istifadə edə biləcəklər. AZAL və "Buta Airways" reyslərində "IATA Travel Pass" tətbiqin sınaqdan keçirilməsində iştirak edən AZAL Miles bonus proqramının hər bir iştirakçısına əlavə 250 bonus mil hesablanacaq. Bundan əlavə, Bakıdan yola düşən sərnişinlər, "Travel Pass" proqramına qoşulmuş klinikalarda və laboratoriyalarda PCR test müayinəsinə güzəşt əldə edəcəklər. iOS (13.2 və daha yüksək versiyası) və Android (6.0 və daha yüksək versiyası) bazasında mobil cihazlar üçün "IATA Travel Pass" tətbiqini aşağıdakı keçidlər vasitəsilə yükləyə bilərsiniz:
• Apple AppStore: https://apps.apple.com/us/app/iata-travel-pass/id1533417649
• Google Play: https://play.google.com/store/apps/details?id=org.iata.tpa
Qeyd etmək lazımdır ki, "IATA Travel Pass" tətbiqi sərnişinlərin fərdi məlumatlarının icazəsiz istifadədən qorunması nəzərə alınmaqla hazırlanıb. Şəxsi məlumatlar IATA serverlərində və ya digər bulud xidmətlərində saxlanılmır ki, bu da onların sızma riskini minimuma endirir.
Tətbiqin istifadəsinə dair ətraflı təlimat və dəvət kodu ilə aviaşirkətin saytında aşağıdakı linkdən keçid edərək tanış olmaq mümkündür: https://www.azal.az/az/information/iata-travel-pass
"IATA Travel Pass" tətbiqinin necə işlədiyi məlumatı ilə qısaca bu videoda tanış ola bilərsiniz: https://youtu.be/wKYaPOEyGGA
Eləcə də oxuyun:
Azərbaycana uçan təyyarə geri qaytarıldı, Bakıdan Antalyaya ikincisi göndərilir
Gəncədə sovet vaxtından qalan atributu dəyişdilər
AZAL-ın təyyarəsi Türkiyə səmasında güclü hava boşluğu zonasına düşüb