CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycana uçan təyyarə geri qaytarıldı, Bakıdan Antalyaya ikincisi göndərilir

Sərnişinlərin daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək. Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcəklər.
Sputnik
BAKI, 14 avqust — Sputnik. Antalya-Bakı marşrutu üzrə reysin yerinə yetirilməsinə hazırlaşan "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Airbus A320 təyyarəsi texniki səbəblərdən dayanacağa qayıdıb.
Sputnik Azərbaycan xəbər verir ki, sərnişinlərin daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək.
Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcəklər.
Xatırladaq ki, analoji hal ay yarım əvvəl Bakıda da baş vermişdi. Bakı-Antalya istiqamətində reys yerinə yetirməyə hazırlaşan "Airbus A320" təyyarəsi texniki səbəbdən dayanacağa qaytarılmışdı. Laynerin kapitanı təyyarənin sol mühərrikində titrəyiş olduğunu müəyyən etdikdən sonra havaya qalxmamaq barədə qərar qəbul etmiş, sonradan aparılan baxış nəticəsində mühərrikə quş düşdüyü məlum olmuşdu.
Eləcə də oxuyun:
Vətəndaşlar pandemiyadan əvvəl aldıqları səyahət biletlərinin pulunu geri ala bilmirlər
AZAL-dan yenilik - Koronavirusla bağlı məlumatlar belə yoxlanılacaq
Bakıda təyyarə məcburən anqara qayıtdı