CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxt metrosunda koronavirusla bağlı insanlar yoxlanılır

Bu gündən etibarən Bakı şəhərində metropolitenə daxil olan bəzi vətəndaşların yoxlanılmasına başlanılıb.
Sputnik
BAKI, 13 avqust — Sputnik. Bakıda metro stansiyalarına daxil olan vətəndaşlardan COVID-19 pasportu, yaxud hər hansı digər sənəd tələb olunmur. Lakin aktiv koronavirus xəstəliyi şübhəsi olan şəxslər yoxlanılır".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O bildirib ki, yoxlama nəticəsində bəzi vətəndaşlar metroya buraxılmır. O qeyd edib ki, aktiv koronavirus xəstəsi olduğu şübhə doğuran şəxslərin hərarəti ölçülür və yalnız sağlamlığında COVID-19-la bağlı risk olan vətəndaşlar metropolitenə buraxılmır: "Digər hallarda isə metropoliten stansiyalarına giriş tamamilə sərbəstdir".
Qeyd edək ki, bu gündən etibarən Bakıda metropolitenə daxil olan bəzi vətəndaşların yoxlanılmasına başlanılıb. Polis vətəndaşlardan COVID-19 pasportunun olub-olmadığını soruşur.
Həmçinin oxuyun:
“COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayanların sayı açıqlandı
Dünyanın nəhəng ölkələrindən biri COVID-19 pasportu tətbiq etməyəcək