CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Könüllülər Xəzər Gününü maarifləndirici tədbirlərlə qeyd ediblər

Dəniz ətraf mühitinin və bioloji müxtəlifliyin qorunmasına ictimaiyyətin diqqətini çəkmək üçün könüllülər tərəfindən çağırış posterləri hazırlanıb, çəlləklərin üzərinə müxtəlif rəsmlər çəkilib.
Sputnik
BAKI, 13 avqust — Sputnik. Dənizkənarı ərazilərdə Xəzər Günü ilə əlaqədar aksiyalar təşkil edilib. Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının, yerli icra hakimiyyətlərinin, bələdiyyələrin nümayəndələrinin, beynəlxalq təşkilatların və könüllülərin iştirak ediblər.
"Novxanı qəsəbəsinin dəniz sahilində “Ekokönüllülər”, “Yaşıl ASAN” və “Dost” könüllüləri 3 hektar ərazini bərk məişət və digər tullantılardan təmizləyib. Xəzər Dəniz Neft Donanmasına məxsus “Bulvar 1” gəmisi vasitəsilə isə Bakı buxtasında tullantıların yığılması həyata keçirilib", - ETSN-in mətbuat katibi İradə İbrahimova bildirib.
1 / 3
2 / 3
3 / 3
Ümumiyyətlə, Xəzər Günü ilə bağlı təmizlik aksiyaları Xəzər dənizinin Azərbaycana aid şimaldan cənuba qədər bütün sahil zolağında keçirilib və yığılan tullantılar təkrar emal üçün “AzEkol” MMC-yə təhvil verilib.
Dəniz ətraf mühitinin və bioloji müxtəlifliyin qorunmasına ictimaiyyətin diqqətini çəkmək üçün könüllülər tərəfindən çağırış posterləri hazırlanıb, çəlləklərin üzərinə müxtəlif rəsmlər çəkilib.
Nazirliyin rəsmisi ətraf mühitin mühafizəsinə hər zaman qayğı və həssas münasibət göstərən təbiətsevərlərə və tərəfdaşlara göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.
Həmçinin oxuyun:
Xəzər dənizi haqqında ən maraqlı faktlar
Dəniz bayramı: Xəzər Gününü qeyd edirik