Apteklərə hansı qurumların nəzarət etdiyi açıqlanıb

Dövlət xəstəxanalarında xəstəxana daxilindəki apteklər və orada xidmət göstərən imtiyazlı apteklərin fəaliyyətinə TƏBİB və qurumun müvafiq Dərman və tibb vasitələri departamentinin əczaçılıq xidmətləri şöbəsi nəzarət edir.
Sputnik
BAKI, 13 avqust — Sputnik. Hazırda Azərbaycanda həm pərakəndə satış aptekləri həm də dövlət xəstəxanalarında, xəstəxana daxilində apteklər və xəstəxanada xidmət göstərən imtiyazlı apteklər mövcuddur. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu TƏBİB-in “Facebook” sosial səhifəsindəki canlı yayımda Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev deyib.
O bildirib ki, dövlət xəstəxanalarında xəstəxana daxilindəki apteklər və orada xidmət göstərən imtiyazlı apteklərin fəaliyyətinə TƏBİB və qurumun müvafiq Dərman və tibb vasitələri departamentinin əczaçılıq xidmətləri şöbəsi nəzarət edir.
TƏBİB rəsmisinin sözlərinə görə, pərakəndə satış apteklərinə, özəl apteklərə və yaxud hər hansı şirkət apteklərinə isə Səhiyyə Nazirliyi və Nazirliyin alt qurumu olan Analitik Ekspertiza Mərkəzi nəzarət edir.
Həmçinin oxuyun:
Pandemiya bitməyəcək: planetin bütün sakinləri yoluxmasalar və ya vaksinasiya olunmasalar