İsveçrədə pulsuz COVID-19 testlərinin ləğv edilməsi təklif edildi

İsveçrə hökuməti oktyabr ayından etibarən koronavirus peyvəndi almayanlar üçün pulsuz COVID-19 testlərinin ləğv edilməsini təklif edib.
Sputnik
BAKI, 12 avqust — Sputnik. İsveçrə hökuməti oktyabr ayından etibarən pulsuz COVID-19 testlərinin koronavirus peyvəndi vurdurmayanlar üçün ləğv edilməsini təklif edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə avqustun 12-də qurumun saytında məlumat verilib.
Qurum onu da qeyd edib ki, hazırda İsveçrə sakinlərinin, demək olar ki, yarısı peyvənd edilib, lakin iyulun ortalarından etibarən ölkədə vaksinasiya tempi yavaşlayıb.
Bununla əlaqədar olaraq, Federal Şura infeksiyaya qarşı mübarizə üçün əvvəlki tədbirləri, xüsusən də ictimai yerlərdə maska taxmağı və ya kütləvi tədbirlərə və gecə klublarına getmək üçün peyvənd sertifikatları tələbini saxlamağı, həmçinin peyvənd olunmamış və ya bu infeksiyaya yoluxmamış şəxslər üçün pulsuz testləri ləğv etmək qərarına gəlib. 12 yaşından kiçik olan uşaqlar və peyvəndə əks-göstərişi olanlar istisnadır.
"Testlər pandemiyaya nəzarət etmək, virusun yayılmasının, xəstəxanaların həddən artıq yüklənməsinin qarşısını almaq üçün ən vacib tədbir olaraq qalır. Bu, infeksiyaların erkən mərhələdə aşkarlanmasına imkan verir ki, tədbirlər daha geniş miqyaslı məhdudiyyətlərə səbəb olmasın", - deyə hökumətdən bildirilib.
Qurum məktəblərdə və qocalar evlərində peyvənd edilməmiş insanlar arasında mütəmadi olaraq testlərin keçirilməsinin zəruriliyini və normal həyata qayıtmaq üçün peyvənd vurulmasının vacibliyini xatırladıb.
Federal Şura kantonlar və parlamentin komitələri ilə məsləhətləşəcək və qərarını avqustun 25-də elan edəcək. Eyni zamanda qeyd olunur ki, yay dövrünün yekunlarına görə sentyabrın 1-dək qərara düzəlişlər edilə bilər.
Eləcə də oxuyun:
Azərbaycanda koronavirusa yoluxma yenə də artdı
Nazir müavini sosial şəbəkələrdə vaksinasiya ilə bağlı səsləndirilən fikirlər barədə
Baş infeksionist əks-göstəriş sertifikatlarının kimlərə verilə biləcəyini açıqladı
Müxtəlif viruslar artıb: Uşaqlara COVID-19 əleyhinə vaksin vurulmalıdırmı?
Həkim: "Pfizer peyvəndi altı aydan sonra risk qruplarında effektivliyini itirir"