CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncədə sovet vaxtından qalan atributu dəyişdilər

Bu dəyişiklik rəsmi şəkildə cari il sentyabrın 10-da bütün aviabilet təxsisi sistemlərində qüvvəyə minəcək. Yeni hava limanı kodu o cümlədən biletlərdə, baqaj birkalarında, informasiya tablolarında göstəriləcək.
Sputnik
BAKI, 12 avqust — Sputnik. Gəncədəki beynəlxalq hava limanına yeni IATA kodu təyin edilib
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) Azərbaycanın milli aviadaşıyıcısının təşəbbüsü ilə Gəncə şəhərindəki beynəlxalq hava limanının üçhərfli kodunun dəyişdirilməsi haqqında qərar qəbul edib. Bu barədə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
Məlumatda bildirilib kii, ümumdünya mülki aviasiyasının miqyasını nəzərə alaraq, hava limanının beynəlxalq kodunun dəyişdirilməsi uzun müddət davam edən, kifayət qədər mürəkkəb prosesdir: "Hava limanlarının üçhərfli kodları daimi əsaslarla verilir və qısa müddət ərzində dəyişdirilə bilməz. Bütün hüquqi prosedurlar yerinə yetirildikdən sonra, IATA-nın 763 nömrəli Qətnaməsinə uyğun olaraq, Azərbaycanın ikinci ən böyük hava limanının yeni kodu Gəncə şəhərinin adı ilə bağlı olub "GNJ" adlandırılacaq. Hava limanının əvvəlki kodu – "KVD" köhnə toponimlə - Kirovabad adı ilə bağlı idi. Şəhər 1935-ci ildən 1989-cu ilədək belə adlanırdı".
Qeyd edək ki, bu dəyişiklik rəsmi şəkildə cari il sentyabrın 10-da bütün aviabilet təxsisi sistemlərində qüvvəyə minəcək. Yeni hava limanı kodu o cümlədən biletlərdə, baqaj birkalarında, informasiya tablolarında göstəriləcək.
Bu gün Azərbaycanda altı beynəlxalq hava limanı tikilərək fəaliyyət göstərir – Bakıda (GYD), Gəncədə (GNJ), Naxçıvanda (NAJ), Qəbələdə (GBB), Lənkəranda (LLK) və Zaqatalada (ZTU). Həmçinin Abşeron rayonunun Zabrat qəsəbəsində ASG Helicopter Services helikopter aviaşirkətinin bazası (ZXT) yerləşir.
Hazırda Füzulidə beynəlxalq hava limanının (FZL) tikintisi davam etdirilir və yaxın zamanlarda açılışı nəzərdə tutulmuşdur. Qarabağın azad edilmiş ərazilərində – Azərbaycanın Laçın və Zəngilan rayonlarında daha iki hava limanı tikiləcək.
Eləcə də oxuyun:
AZAL suallara cavab verir: Azərbaycana gəliş-gedişin yeni qaydaları
AZAL Zəngəzur üzərindən uçuş həyata keçirir? Rəsmi açıqlama
Füzuli Hava Limanının tikintisi ilə bağlı görülən işlər açıqlanıb
AZAL-dan yenilik - Koronavirusla bağlı məlumatlar belə yoxlanılacaq