Bu gün güləş üzrə Azərbaycan yığmasının üzvləri Tokiodan Bakıya qayıdıblar. Güləşçilər özlərilə üç medal - Hacı Əliyev gümüş, Mariya Stadnik və Rafiq Hüseynov isə bürünc medal gətiriblər.
Güləşçilərlə birgə Olimpiya Oyunlarının gümüş mükafatçısı qadın karateçi İrina Zaretska da qayıdıb.
Hava limanında Olimpiya mükafatçılarını onların pərəstişkarları, idman federasiyalarının əməkdaşları və KİV nümayəndələri qarşılayıblar.
İdmançılar hava limanından çıxan kimi pərəstişkarları onları təbrik edərək xatirə fotosu çəkdiriblər.
Xatırladaq ki, Azərbaycan idmançıları Tokio-2020 Olimpiya Oyunlarında üç gümüş və dörd bürünc medal qazanıblar.