SƏHİYYƏ

Delta ştammı zamanı "Moderna" peyvəndinin effektivliyi "Pfizer"dən çox olub

Rusiyanın Səhiyyə naziri Mixail Muraşko isə bildirib ki, “Sputnik V”nin delta ştammına qarşı effektivliyi 83% təşkil edir.
Sputnik
BAKI, 12 avqust — Sputnik. MedRxiv” saytının açıqlamasına görə, delta ştammı ilə mübarizədə “Moderna” peyvəndinin effektivliyi 76, “Pfizer”in isə 42% olub.
Amerikalı alimlər zaman keçdikcə vaksinlərin səmərəliliyinin dinamikasını izləyiblər - yanvar-iyul aylarında aparılan tədqiqatlarda 180 min insan “Moderna”, yaxud “Pfizer” preparatları ilə peyvənd olunublar.
Tədqiqat zamanı hər iki vaksin yüksək effektivliyini göstərib: Moderna 86%, Pfizer isə 76%. Ancaq iyulda, yeni delta ştammı yayılmağa başlayanda hər iki vaksinin effektivliyi düşüb. 
“Minnesotada (araşdırmanın əvvəlcə aparıldığı yer) xəstəlik hallarının artması kontekstində iyul ayında infeksiyaya qarşı  mRNA-1273-ün (Moderna) effektivliyi əvvəlki aylara nisbətən aşağı idi (76 faiz <... >), BNT162b2-nin (Pfizer) təsiri isə daha çox azalıb (42 faiz <...>)", – deyə mütəxəssislər bildiriblər.
Bundan əlavə, alimlər "Moderna" ilə peyvənd olunanlarda koronavirus infeksiyasına yoluxma hallarının xeyli aşağı olduğunu qeyd ediblər. Üstəlik, hər iki qrupda xəstəxanaya yerləşdirmə sayı təxminən eyni olub.
Tədqiqatçılar eyni zamanda digər ştatlarda peyvənd olunanların xəstəlik hallarını da təhlil edib və belə qənaətə gəliblər ki, “Moderna” peyvəndi vurulanlar “Pfizer”lə vaksin olunanlara nisbətən daha az yoluxurlar.
“Əgər bütün halları birlikdə nəzərdən keçirsək, “Moderna” “Pfizer” ilə müqayisədə peyvənddən sonra yoluxma riskini ikiqat azaldır», - deyə alimlər fikirlərini tamamlayılar.

"Sputnik V" isə daha effektivdir

Rusiyanın "Sputnik V" vaksini koronavirusun delta ştammının profilaktikasında daha yaxşı nəticələr göstərir. Bunu isə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko deyib. 
"Son nəticələr göstərir ki, səmərəlilik 83 faizdir, bu, Rusiyanın göstəriciləridir", - nazir jurnalistlərə deyib. 
Bundan başqa, vaksin xəstəliyin ağır keçirilməsi riskindən 95 faiz qoruyur. O, effektivliyini saxlayır və "işləməkdə" davam edir", - Muraşko vurğulayıb.
Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyi 2020-ci ilin avqust ayında koronavirus infeksiyasının profilaktikası məqsədilə Qamaleya Mərkəzində istehsal olunmuş dünyada ilk vaksın preparatını qeydiyyatdan keçirib.
Vaksin iki dəfəyə, üç həftə ara ilə yeridilir. İkinci doza yeridilidikdən 21 gün sonra insan müdafiə olunmuş sayılır. 
"Sputnik V"ni ümumilikdə dörd milyard insanın yaşadığı 70 ölkə qeydiyyatdan keçirib. Bundan başqa, martdan bəri o, Avropa Dərman Vasitələri Agentliyinin daimi ekspertizasından keçirilir.
Eləcə də oxuyun:
Azərbaycanda koronavirusa yoluxma yenə də artdı
Nazir müavini sosial şəbəkələrdə vaksinasiya ilə bağlı səsləndirilən fikirlər barədə
Baş infeksionist əks-göstəriş sertifikatlarının kimlərə verilə biləcəyini açıqladı
Müxtəlif viruslar artıb: Uşaqlara COVID-19 əleyhinə vaksin vurulmalıdırmı?
Həkim: "Pfizer peyvəndi altı aydan sonra risk qruplarında effektivliyini itirir"