Səfir qeyd edib ki, Azərbaycanla qardaşlıq və dostluq əlaqələri dərin köklərə, ümumi dəyərlərə, adət-ənənə bənzərliyi, dil və mədəni yaxınlığa əsaslanır. Bu il ölkələr diplomatik münasibətlərin qurulmasının 26-cı ildönümü qeyd edəcək. Hazırda iki ölkə arasında 120 ikitərəfli müqavilə, razılaşma və memorandum sənədi imzalanıb.
Onların arasında ən əsasları – Dostluq və əməkdaşlıq haqqında müqavilə, eləcə də strateji tərəfdaşlığın möhkəmləndirilməsi barədə Deklarasiya hesab oluna bilər.
Bəhram Əşrəfxanov belə hesab edir ki, Özbəkistanla Azərbaycan arasında, xüsusən də iqtisadi sahədə reallaşdırılmamış potensial böyükdür.