BAKI, 10 avqust — Sputnik. Yuxusuzluqla mübarizədə hər dəfə eyni zamanda oyanmağın böyük əhəmiyyəti var. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, həkim-somnoloq Pavel Kudinovyuxusuzluqla mübarizədə bunu əsas vasitə adlandırıb.
Onun sözlərinə görə, narahatlıq, stres və həddindən artıq yükdən qurtulmaq lazımdır. Oyanış rejiminin normallaşması buna kömək edir. Kudinov izah edib ki, həm iş günlərində, həm də həftə sonlarında həmişə eyni vaxtda yuxudan oyanmaq lazımdır ki, oyanış rejimi normala düşdükdən sonra yuxusuzluq problemi həll olunsun.
Kudinov yuxunu normallaşdırması üçün müxtəlif bitki çaylarının istifadəsinə şübhə ilə yanaşdığını bildirib. Onun fikrincə, valerian bu məsələdə daha faydalıdır.
Fərdi yuxu norması saat 4-dən 12-dək ola biləcəyini, gündüz vaxtda yatmaq lazım olduğunu, amma belə yuxunun 45 dəqiqədən çox olmamasının daha yaxşı sayıldığını Rusiya Somnoloqlar Cəmiyyətinin prezidenti, Rusiyanın əməkdar həkimi, tibb elmləri doktoru Roman Buzunov söyləyib.
Nevroloq və somnoloq Elena Tsareva, öz növbəsində, çox uzun yuxunun ağrılı bir vəziyyətin əlaməti ola biləcəyini xəbərdar edib.
Həmçinin oxuyun:
Baş infeksionist: İndi koronavirusa yoluxanların böyük əksəriyyəti vaksin olunmayanlardır
Həkim pəhriz saxlamadan arıqlamağın ən yaxşı yolunu açıqladı