BAKI, 10 avqust — Sputnik. Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək UEFA Avropa Liqasının III təsnifat mərhələsinin HİK - "Neftçi" oyunundan sonra mətbuat konfransları təşkil olunmayacaq. Sputnik Azərbaycan xəbər verir ki, buna səbəb koronavirus pandemiyasıdır.
HİK klubu pandemiya səbəbindən baş məşqçilər – Toni Koskela və Samir Abbasovun iştirakı ilə keçirilməli olan mətbuat konfranslarının ləğvinə qərar verib.
Qeyd edək ki, pley-off mərhələsinə kimi mətbuat konfranslarının təşkili məcburi sayılmır.
Xatırladaq ki, HİK – "Neftçi" oyunu avqustun 12-də, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bakıdakı ilk matçda 2:2 hesabı qeydə alınıb.
Məlumat üçün bildirək ki, Samir Abbasov Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi PFK-da Baş məşqçi vəzifəsində çalışır.
Həmçinin oxuyun: