HADİSƏ

Azərbaycanda şagird faciəli şəkildə öldü

Gəncə şəhərində də piyadanı avtomobil vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Sputnik
BAKI, 10 avqust — Sputnik. Azərbaycanda məktəbli vəfat edib. Sputnik Azərbaycan-ın məlumatına görə, Bakıda 20 nömrəli məktəb-liseyin şagirdi Nurlan Bağışovu maşın vuraraq öldürüb. N.Bağışov liseyin 8B sinif şagirdi olub.
Bu gün Gəncə şəhərində də piyadanı avtomobil vurub. APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. "Opel" markalı minik maşını yolu keçmək istəyən 1977-ci il təvəllüdlü Xasıyev Həsən Novruz oğlunu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Həmçinin oxuyun:
Gədəbəydə ağır qəza: 8 nəfər yaralandı