“Böyük inamla gəlib finala çatdıq. Söz verdik ki, qızıl olacaq. Təəssüflər olsun ki, belə alındı”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov deyib.
“Bu idmandır, bilmək olmur. Yalnız bizdən asılı deyil, hakimlərdən, ətrafda olan mühitdən də, bəxtdən də asılıdır. Onu deyim ki, Türkiyənin bir nömrəli idmançılarından Uğur Aktaş 3-cü oldu, 55 kq çəkidə favorit olan Serap Özçelik yer tuta bilmədi. İrina Zaretska məğlub etdiyi yapon Ayumi Uekusa dünya çempionu idi, ağır çəkidə 1 nömrə idi. Yer tuta bilmədi. Digər yaponiyalı Ryutaro Araqa özü 3-cü yeri güclə tutdu. Təsəlli vermirəm. Demək istəyirəm ki, hər bir azərbaycanlı fəxr edə, çox sevinə bilər ki, 200-dən çox ölkə arasında 2 finala çıxdıq. Kumitedə cəmi 6 final var idi. Onun ikisində Azərbaycan iştirak etdi” – deyə o bildirib.
Qeyd edək ki, millimiz üç idmançı ilə qatıldığı Olimpiadada iki gümüş medal qazanıb. Rafael Ağayev 75 kq, İrina Zaretska +61 kq çəkidə finalda uduzaraq ikinci olub.
Yaşar Bəşirovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz