BAKI, 9 avqust — Sputnik. Soçidə gecə yağışlarından sonra küçələr yenidən su altında qalıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, avqustun 9-u gecə güclü yağış Soçi küçələrini yenidən su altında qoyub.
Bundan əvvəl sosial şəbəkələrdə küçələrin su basdığı, park edilmiş avtomobillərin üzərinə ağacların yıxöıdığı və çayın səviyyəsinin qalxması baradə videolar yayılıb. Hadisələr əsasən Adler və Xosta rayonlarında cərəyan edib.
Sosial şəbəkə istifadəçilərindən biri videoya "Bu gün evə gedə bilməyəcəm" şərhini yazıb.
Bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyinin Krasnodar vilayət idarəsindən avqustun 8-dən 9-dək kurortda fırtına xəbərdarlığının qüvvədə olduğunu, ehtimal ki, tornado, leysan yağış yağdığını və çaylarda suyun səviyyəsinin qalxacağı barədə xəbərdaqlıq edilib.
Həmçinin oxuyun: