Heydər Əliyev hava limanında Tokio Olimpiya Oyunlarından qayıdan karate üzrə Azərbaycan yığmasının üzvlərini qarşılamaq üçün KİV nümayəndləri, pərəstişkarlar, Karate Federasiyasının nümayəndələri yığışmışdılar.
Xatırladaq ki, Rafael Ağayev (75 kq) və İrina Zaretska (61 kq) Tokio-2020 Olimpiya Oyunlarında gümüş medal qazanıblar.
"Dünya karatesinin brilyantı" və Azərbaycan yığmasının liderini Bakıda qəhrəman kimi qarşıladılar. Hava limanında hər kəs onunla selfi çəkdirmək istəyirdi, Rafael Ağayevi hətta bir neçə dəfə atıb-tutdular.