KI, 8 avqust - Sputnik. Gümrü-Yerevan yolunda qəzaya düşən Ermənistandakı Rusiya hərbi bazasının hərbçilərindən biri ölüb, daha dörd nəfər xəsarət alıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, hadisə bazar günü, avqustun 8-də saat 7 radələrində baş verib. İlkin məlumata görə, sürücü şəxsi avtomobilinin idarəetməsini itirib və maşın aşıb.
"Müqavilə əsasında işləyən hərbçilərdən biri hadisə yerində ölüb. Daha dörd nəfər orta ağırlıqlı xəsarət alıb və tibb müəssisəsinə çatdırılıb, onlara bütün lazımi tibbi yardım göstərilib", - agentlik bildirir.
1995-ci ildə imzalanmış müqaviləyə görə, Ermənistanın Gümrü şəhərində Rusiya hərbi bazası yerləşib. 2010-cu ildə sənədə dəyişiklik edilərək, hərbi bazanın orada olma müddəti 25 ildən 49 ilə qaldırılıb, yəni 2044-cü ilədək.
Eləcə də oxuyun:
Rus qoşunlarının bazası yerləşən Gümrüdə partlayış: hərbçi və daha bir nəfər həlak olub